NATO-nun Latviyada genişmiqyaslı təlimi başladı

NATO-nun Latviyada genişmiqyaslı təlimi başladı backend

NATO-nun Latviyada genişmiqyaslı hərbi təlimi başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Qeyd olunub ki, mayın 27-dək davam edəcək “Namejs 2022” hərbi təlimləri Latviyanın bütün regionlarında keçiriləcək.

Təlimlərin ümumi məqsədi müdafiə problemlərinin həlli üçün milli və müttəfiq qüvvələrin inteqrasiyasını təkmilləşdirməkdir.

Təlimlərdə 10 ölkənin iştirakı nəzərdə tutulub.