“Amazon“ Londonda ilk məlumat emalı mərkəzini açacaq

“Amazon“ Londonda ilk məlumat emalı mərkəzini açacaq backend

"Amazon" internet şirkəti Londonda ABŞ-dan kənarda ilk məlumat emalı mərkəzi yaratmaqla Böyük Britaniyanın sürətlə inkişaf edən startaplar bazarına daxil olmaq niyyətindədir



AZƏRTAC “ictnews.az”a istinadla xəbər verir ki, "Amazon Web Services" (AWS) bölməsinin London mərkəzini sentyabrda istifadəyə verəcəyi gözlənilir. Mərkəzin əsas vəzifəsi "Amazon" "bulud" xidmətlərindən istifadə edən şirkətlərin dəstəklənməsindən ibarət olacaq. Oxşar mərkəzlər artıq Nyu-York və San-Fransiskoda fəaliyyət göstərir.
Diaspora