İstanbulda iki naməlum şəxs şəhərin Avropa hissəsində Kıraç rayonunda yerləşən polis idarəsinə hücum edib. Trend bu barədə “NTV” telekanalına istinadən məlumat verir.
Hücum edənlər avtomatik silahlardan atəş açıb.
Asayiş keşikçiləri cavab atəşi açıb. Atışma bir neçə dəqiqə davam etdikdən sonra terrorçular gizlənə bilib. Xüsusi təyinatlı polis dəstəsi vertolyotların köməyi ilə hücum edən şəxslərin axtarışına başlayıb.
Məlumatda həmçinin bildirilir ki, polislər terrorçuların gizlənə biləcəyi yerli məhəllələrin bir neçə mənzilində və evlərin daxili həyətlərində axtarış aparıb.
Əməliyyat davam edir, hadisə nəticəsində xəsarət alan yoxdur.