54-cü gün: Rusiyanın son sutkada itirdikləri...

54-cü gün: Rusiyanın son sutkada itirdikləri... backend

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 20 600-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 790 ədəd tankı, 2 041 ədəd zirehli döyüş maşını, 381 ədəd artilleriya sistemi, 130 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 167 ədəd hərbi təyyarəsi, 147 ədəd helikopteri, 1 487 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 155 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Ötən sutkada Ukraynanın müdafiəçiləri Donetsk və Luqansk vilayətlərində düşmənin 12 hücumunun qarşısını alıb, 10 tankını, 15 zirehli texnikasını, 5 avtomobilini, eləcə də 5 “T” sistemli artilleriyasını məhv edib. Son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 5 hava hədəfini – bir təyyarəsini, 3 helikopterini və bir pilotsuz uçan aparatını sıradan çıxarıb”.

Diaspora