Zelenski “Moskva”nı batıran komandanı təltif etdi

Zelenski “Moskva”nı batıran komandanı təltif etdi backend

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapaya vitse-admiral rütbəsi verib.

Axar.az xəbər verir ki, bununla bağlı Zelenski aprelin 16-da müvafiq fərman imzalayıb.

HDQ komandanına bu yüksək rütbənin verilməsinin səbəbi rəsmi olaraq açıqlanmayıb. Lakin Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Viktoriya Straxova bildirib ki, qərar hər kəsin bildiyi möhtəşəm əməliyyata - "Moskva" kreyserinin batırılmasına görə verilib.

“Hər kəs bilir ki, bu möhtəşəm əməliyyat hansıdır. Bizim əsl kazak sulardadır”, - Straxova bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Qara dəniz Donanmasına məxsus “Moskva” kreyseri Ukraynanın “Neptun” gəmi əleyhinə raketləri ilə batırılmışdı. Kreyser Qara dəniz donanmasının flaqmanı sayılırdı.

Diaspora