ABŞ-da polis daha bir avroamerikan mənşəli gənci qətlə yetirib. APA TV-nin məlumatına görə, hadisə Missuri ştatının Sent-Luis şəhərində baş verib. Gəncin ölümü şəhərdə etiraz aksiyalarının başlamasına səbəb olub. Aksiyaya yüzlərlə avroamerikalı qatılıb. Polislə qarşıdurma zamanı evlərdən biri yandırılıb. 9 nəfər polis tərəfindən həbs edilib. Aksiyanın keçirildiyi Sent-Luisin küçələrində polis postları qurulub.
Qeyd edək ki, polisdən qaçmağa çalışan iki afroamerikalı gənc dayan əmrinə tabe olmayıblar. Onlardan biri polislərə atəş açıb. Polis atəşə qarşılıq verərək onu zərərsizləşdirib. Qaçan digər şəxsin axtarışları davam edir. Polis əməkdaşları öldürülən qaradərili gəncin 18 yaşlı Mənsur Bol-Bey olduğunu açıqlayıb.