Bursada HDP-nin qərargahına türk bayrağı asdılar

Bursada HDP-nin qərargahına türk bayrağı asdılar backend

Siirtdə 8 türk əsgərinin şəhid olmasının ardınca Türkiyənin müxtəlif bölgələrində terror aktlarına etiraz nümayişləri başlayıb. APA TV-nin məlumatına görə, Bursada bir qrup gənc HDP yerli təşkilatının binasına türk bayrağı asaraq PKK terrorunu dəstəkləyənlərə etirazlarını bildiriblər.

Hadisə Siirtdə şəhid olan hərbçi Bahadır Aydının dəfn mərasimindən sonra baş verib. Dəfndən sonra HDP Osmanqazi təşkilatının qarşısına toplaşan insanlar “Parlamentdə PKK istəmirik”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları səsləndiriblər. Daha sonra İstiqlal Marş oxunub və bir qrup gənc təşkilatın binasının damına çıxaraq böyük Türk bayrağı asıb

Diaspora