Ukrayna müharibənin 53-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, Rusiya indiyə qədər 20 300-ə yaxın hərbçi, 773 ədəd tank, 2002 ədəd zirehli döyüş maşını, 376 ədəd artilleriya sistemi, 127 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 165 ədəd hərbi təyyarə, 146 ədəd helikopter, 1 471 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 148 ədəd dron, 27 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi itirib.
Rəsmi informasiyaya əsasən, Slobojanski istiqamətində qarşı tərəfin şəxsi heyətinin tərkibində və mövqeyində heç bir dəyişiklik yoxdur. “Onlar Xarkov şəhərini qismən mühasirəyə almağa və onun yaşayış məntəqələrini atəşə tutmağa davam edirlər. Donetsk və Tavriya istiqamətlərində Mariupola aviazərbələr endirilir. Rusiya qoşunları dəniz limanı yaxınlığında hücum əməliyyatları həyata keçirib. 810 və 155-ci ayrı-ayrı dəniz piyada briqadalarının bölmələri desant dəniz əməliyyatı üçün hazırlanır. Hazırda məlumat dəqiqləşdirilir. Müvəqqəti işğal edilən ərazilərdə mülki əhaliyə qarşı talanlar və zorakılıq davam edir. Son sutka ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 10 hücumu dəf edilib. Həmçinin 15 tank, 24 zirehli texnika və 3 artilleriya sistemi, 1 təyyarə, 1 helikopter, 5 PUA və 6 qanadlı raket vurulub”.