İsrail raket əleyhinə lazer silahını sınaqdan keçirdi - VİDEO

İsrail raket əleyhinə lazer silahını sınaqdan keçirdi - VİDEO backend

İsrailin "Rafael" şirkəti Müdafiə Nazirliyinin Müdafiə tədqiqatları idarəsi ilə birgə "Iron Beam" raket əleyhinə lazer sisteminin sınaqlarını keçirib.

Sınaqlar zamanı lazer sistemi pilotsuz uçuş aparatları, mina və raketləri zərərsizləşdirib.

Qeyd olunur ki, "Iron Beam" sistemi İsrailin "Dəmir qübbə" raket əleyhinə taktiki sistemi tamamlayacaq.

"Iron Beam" sisteminin prototipi ilk dəfə 2014-cü ildə Sinqapurda sərgi zamanı nümayiş etdirilib. Sistemin atəş məsafəsi yeddi kilometr təşkil edir. "Iron Beam"in əsasında fiber lazer dayanır və hədəfləri bir neçə saniyə ərzində şüalandıraraq məhv edir.

 

İsrailin baş naziri Naftali Bennet bildirib ki, bu sistemin bir atəşinin dəyəri 3,5 dollara bərabərdir. (Trend)

Diaspora