Çin hökuməti Pekində keçiriləcək yüngül atletika üzrə dünya çempionatı zamanı ölkə ərazisində “Facebook” sosial şəbəkəsi, “Google” və “Twitter” servislərindən istifadəyə icazə verib. Trend-in Lenta.ru saytına istinadən verdiyi məlumata əsasən, bu barədə Beynəlxalq Yüngül Atletika Assosiasiyasının (IAAF) baş katibi Essar Qabriel deyib.
Xatırladaq ki, yüngül atletika üzrə dünya çempionatı bu il 22-30 avqustda Pekində keçiriləcək.