Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub backend

Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşşuk bildirib.

Məlumata görə, 22-si hərbçi (5 zabit, 17 siravi əsgər) və 8-i mülki şəxs olmaqla, ümumilikdə, 30 şəxs geri qaytarılıb. Onlardan birinin qadın olduğu vurğulanır.

Qeyd edək ki, bu, tərəflər arasında dördüncü əsir mübadiləsidir.

Diaspora