Rusiya "Xəncər" (“Kinjal”) kimi müasir silahların istehsalı proqramlarını davam etdirmək imkanından məhrumdur.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.
“Rusiya müasir raketlərin istehsalı və modernləşdirilməsi imkanlarından məhrum olub. Çünki Qərbin Rusiyanın müdafiə sənayesi sektoruna qarşı əlavə sanksiyalar tətbiq etməsindən sonra onlar faktiki olaraq müasir silahların istehsalı və modernləşdirilməsi üçün zəruri olan əsas materialları əldə edə bilmirlər. Bu gün Rusiya “Xəncər” kimi proqramları davam etdirmək üçün faktiki olaraq komponentlərdən, xammaldan və zəruri elementlərdən məhrumdur. Asiya ölkələri də Rusiya ilə işləmək istəmir”, - Musiyenko bildirib.