Bayden Ukraynaya 800 milyon dollarlıq hərbi yardımın göndərilməsini açıqlayıb

Bayden Ukraynaya 800 milyon dollarlıq hərbi yardımın göndərilməsini açıqlayıb backend

ABŞ prezidenti Co Bayden Ukraynaya artilleriya sistemləri, zirehli avtomobillər və helikopterlərin daxil olduğu 800 milyon dollarlıq təhlükəsizlik yardım paketini qəbul etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evinin saytında bildirilib.

“Mən indicə prezident Zelenski ilə danışdım və ona dedim ki, administrasiyam Ukraynaya silah, əsgəri təchizat və digər təhlükəsizlik yardımı şəklində 800 milyon dollar əlavə yardımına razılıq verib", - deyə qeyd olunub.

 

ABŞ prezidenti bildirib ki, yardım paketi xüsusilə Ukraynaya “artilleriya sistemləri, artilleriya mərmiləri və zirehli avtomobillər”, eləcə də helikopterlərin göndərilməsini nəzərdə tutur.

loading...
Diaspora