Daha bir Avropa ölkəsi Ukraynaya ağır silahların tədarükünə qərar verdi

Daha bir Avropa ölkəsi Ukraynaya ağır silahların tədarükünə qərar verdi backend

Almaniyanın hakim koalisiyası Ukraynaya ağır silahların tədarükünü razılaşdırıb.

Bu barədə almaniyalı deputat Markus Faber bildirib.

“Əziz dostlar, Almaniya indi sürətlə Ukraynaya ağır texnika tədarük edəcək”, - deyə M.Faber qeyd edib.

Qeyd edək ki, Qərb ölkələri Ukraynaya silah tədarükünü davam etdirirlər. Bunların arasında Böyük Britaniya və Çexiyanın Ukraynaya ağır texnika tədarük etdiyi bildirilir. Həmçinin ABŞ, Kanada, Slovakiya, Belçika, Danimarka, Hollandiya, Litva, Latviya, Estoniya Ukraynaya silah təchizatında kömək edirlər.

Mənbə: Unian.net

Diaspora