Pentaqon Ukraynaya görə silah istehsalçılarını toplayır

Pentaqon Ukraynaya görə silah istehsalçılarını toplayır backend

Pentaqon ABŞ-ın ən yaxşı 8 silah istehsalçısının liderlərini qəbul edəcək.

Məqsəd Rusiya ilə müharibə illərlə davam edərsə, sənayenin Ukraynanın silah ehtiyaclarını ödəmək qabiliyyətini müzakirə etməkdir.

Anonimlik şərti ilə “Reuters”ə verilən məlumata görə, görüşdə təchizatla yanaşı, daha uzunmüddətli müharibənin planlaşdırılmasının müzakirə ediləcəyi gözlənilir.

Pentaqonun Satınalma və Dəstək Ofisi 90 dəqiqəlik görüş keçirəcək. Mənbələrdən biri bildirib ki, müdafiə nazirinin müavini Ketlin Hiksin də iştirakı gözlənilir.

Pentaqondan bildirilib ki, ən faydalı silahlar Vaşinqton və müttəfiqlərinin Ukraynaya “demək olar ki, hər gün” çatdırdığı “Javelin” tank əleyhinə raketləri və “Stinger” zenit raketləri kimi kiçik sistemlərdir.

Mənbə: Ukrainskaya Pravda / Oxu.az

loading...
Diaspora