Tacikistan Qırğızıstan sərhədini atəşə tutub

Tacikistan Qırğızıstan sərhədini atəşə tutub backend

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma baş verib.

TASS xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il aprelin 12-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı təkrar insident baş verib”, - məlumatda deyilir.

Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgəri yaralanıb.

Diaspora