Türkiyədə yeni tədris ili sentyabrın 28-i başalayacaq. Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu jurnalistlərə Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısı zamanı deyib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin turizm sektoru Qurban Bayramı ilə əlaqədar, orta məktəblərdə tədris ilinin başlanma tarixini dəyişdirməyi təklif edib.
Təklif baş nazir Əhməd Davudoğlu və təhsil naziri Nəbi Avcı tərəfindən müzakirə olunub.