Rusiyanın Parisdəki müvəqqəti işlər vəkili Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona altı rusiyalı diplomatın arzuolunmaz şəxs (“persona non-qrata”) elan edildiyi bildirilib.
Bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fəaliyyətləri milli maraqlarımıza zidd olan, diplomatik pərdə altında fəaliyyət göstərən Rusiyanın altı agenti “persona non qrata” elan edilib”, - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. (oxu.az)
Mənbə: Segodnya