Türkiyə Rusiyadan Su-57 qırıcıları ALA BİLƏR

Türkiyə Rusiyadan Su-57 qırıcıları  ALA BİLƏR backend

ABŞ Konqresi Türkiyəyə F-16 qırıcılarını satmaqdan imtina edərsə, Türkiyə Rusiyanın Su-57 təyyarələrini almağı düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Türkiyə Fransa və Böyük Britaniyadan təyyarələrin alınması variantlarını da nəzərdən keçirəcək.

 

Türkiyə ABŞ-dan 40 ədəd F-16 "Blok 70" qırıcısı və 80 ədəd "Blok-70" təkmilləşdirmə dəsti tələb edib. Martın sonunda Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-la F-16-ların tədarükü ilə bağlı danışıqların müsbət və konstruktiv olduğunu bildirib. 

 

Nəşr yazır ki, Türkiyəyə F-16-ların tədarükü ilə bağlı razılaşma təsdiqlənməsə, Su-57 təyyarələri Ankaranın 2016-cı ildən bəri hazırladığı TF-X qırıcısını istifadəyə verənə qədər müdafiə sektorunun ehtiyaclarını ödəməyə kifayət edəcək.

Diaspora