"Baydenə silahların siyahısını vermişəm" - Zelenski

"Baydenə silahların siyahısını vermişəm" -  Zelenski backend

“Mən lazım olan silahların siyahısını çoxdan ABŞ lideri Cozef Baydenə vermişəm”.

“RBK Ukraina” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində deyib.

“Bayden bizim silah tədarükümüzə kömək ola bilər. O, bunu edə bilər və etməlidir. Çünki o, ABŞ lideridir. ABŞ böyük gücdür, ciddi təsir gücünə malikdir. Prezident Bayden hətta özündə olmayan silahları da başqa dövlətlərdən tapa bilər”, - o bildirib.

Xatırladaq ki, Volodimir Zelenski Ukraynanın indi suveren seçim etmək hüququna malik olmaq üçün ümumbəşəri dəyərlər uğrunda mübarizə apardığını bildirib.

loading...
Diaspora