Slovakiya Ukraynaya özüyeriyən haubitsalar verir

Slovakiya Ukraynaya özüyeriyən haubitsalar verir backend

Slovakiya Ukraynaya yerli istehsal olan “Zuzana” özüyeriyən haubitsaların bağışlanması ilə bağlı danışıqlar aparır.

Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nadya məlumat verib.

O əlavə edib ki, rəsmi Bratislava Kiyevi Slovakiya Hərbi Hava Qüvvələrində xidmətdə olan “MiQ-29” qırıcıları ilə təchiz etmək imkanları da nəzərdən keçirilir.

Qeyd edək ki, Slovakiya bir neçə gün əvvəl Ukraynaya “S-300” zenit-raket komplekslərini də yollayıb.

Mənbə: Pravda nəşri / Oxu.az

Diaspora