Fransada keçirilən prezident seçkilərində “exit-poll”un nəticələri məlum olub.
APA-nın Fransa televiziyasına istinadla xəbərinə görə, seçicilərin 28,1%-i hazırki prezident Emmanuel Makrona səs verib.
Onun əsas rəqibi Marin Le Pen 23,3% səs toplayıb.
Beləliklə, hər 2 namizəd ikinci turda mübarizə aparmalı olacaqlar.
Digər namizəd, Jan-Lük Melanşona seçicilərin 20,1%-i etimad göstərib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.