Pakistanda müxalifət partiyaları baş nazir postuna Pakistan Müsəlman Liqasının (Nəvaz fraksiyası) lideri Şahbaz Şərifin namizədliyini irəli sürüb.
Bu barədə bazar günü Pakistanın ARY News xəbər portalı məlumat yayıb.
Milli Assambleyada (parlamentin aşağı palatası) yeni hökumət başçısının namizədliyi ilə bağlı səsvermə bazar ertəsi yerli vaxtla saat 14:00-a təyin edilib.
Hökumət başçısı vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı sənədləşmə işləri hələ də davam edir. Lakin yerli müşahidəçilərin fikrincə, çox güman ki, Pakistanın keçmiş baş naziri Navaz Şərifin kiçik qardaşı olan 70 yaşlı Şahbaz Şərif yeganə namizəd olacaq.
APA