Ukraynada Rusiya Silahlı Qüvvələrinin podpolkovniki Dinar Xametov öldürülüb.
Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, D.Xametov Şimal Hərbi Donanmasının 14-cu ordu korpusunun 200-cü motoatıcı briqadasında divizion komandiri idi.
O, əvvəllər üç dəfə Suriyada hərbi ezamiyyətdə olub. Əslən Tatarıstandan olan Dina Axmetov "Rəşadət" ordeni ilə təltif olunub.
Dinar Xametov Kazanda dəfn edilib.