Fransanın yeni prezidenti kim olacaq? – AÇIQLAMA

Fransanın yeni prezidenti kim olacaq? –  AÇIQLAMA backend

Bu gün Fransada prezident seçkiləri keçirilir. Dövlət başçısı postu uğrunda dördü qadın olmaqla 12 namizəd mübarizə aparır.

Fransada prezidentlər 5 ildən bir, iki həftə fərqlə keçirilən iki turlu seçkilərlə müəyyən edilir.

Bu gün keçirilən seçkidə gözlənildiyi kimi, birinci turda heç bir namizəd 50 faiz səs toplamasa, ikinci tur aprelin 24-də baş tutacaq. Nəhayət, seçkilərin qalibi mayın 13-də vəzifəsinin icrasına başlayacaq. Namizədlərdən 6-sı ifrat sağçıdır. Əsas favoritlər hazırkı prezident Emmanuel Makron və onun rəqibi Marine Le Pendir.

Fransanın yeni prezidenti kim olacaq? Makron hakimiyyətdə qala biləcəkmi?

Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti, deputat Jerom Lambert prezident seçkiləri barədə gözləntilərini Modern.az-a açıqlayıb.

Onun fikrincə, Makron bu dəfə də seçkidən qalib ayrıla bilər:

"Fransada prezident seçkilərində Makron yenidən qalib gələ bilər. Çünki xalqın səsini yenidən toplayacaq. Lakin ifrat sağçı namizəd ikinci tura keçərsə, vəziyyət gözlənildiyindən fərqli olacaq. Makronun rəqibi çox yaxşı nəticə göstərə bilər. Amma seçilməsə belə Makronun qələbəsini təhdid edə bilər. Seçkilərdə Ukrayna faktoru da rol oynayır. Makron bunun üçün addımlar atır. Bu, onun ifrat sağçı namizədə qarşı çıxma riski ilə üzləşməsi deməkdir".

Qeyd edək ki, Makronun əsas rəqibi olan müxalif namizəd Le Pen İslam dininin əleyhinədir və ölkədə hicabı qadağan edəcəyini vəd edir. Fransa islamofobiyanın əsas mərkəzlərindən sayılır və namizədlər səs çoxluğu qazanmaq üçün daha çox din kartından istifadə etməyə çalışırlar. 

Milli Birlik partiyasının sədri Le Pen həm də anti-NATO və anti-Amerika tərəfdarıdır. Le Pen prezident seçilərsə, Fransanı NATO-dan çıxaracağını deyir. Həmçinin Le Pen Putinpərəst siyasətçi kimi tanınır. Fransada ermənilərin say çoxluğu və lobbiçilik fəaliyyəti də namizədə avantaj yaradan amillər sırasındadır.

Xatırladaq ki, bu gün Fransa vətəndaşları Bakıdakı səfirlikdə açılan seçki məntəqəsində də səs verə biləcəklər.

loading...
Diaspora