Çexiya Rusiya qazından tamamilə imtina edəcək

Çexiya Rusiya qazından tamamilə imtina edəcək backend

Çexiya beş il ərzində Rusiyanın enerji resurslarından asılılığını azaltmalıdır.

"Reuters" xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala bildirib.

Onun sözlərinə görə, ölkənin enerji sektoru tamamilə dəyişməlidir.

"İllərdir diqqətdən kənarda qalan Rusiyadan olan qalıq yanacaqlardan asılılığımız ölkəmiz üçün ən böyük risklərdən biridir. Məqsədimiz qarşıdakı 5 il ərzində Rusiyanın enerji döngəsindən tamamilə çıxmaq olmalıdır", - Fiala deyib.

Baş nazir əlavə edib ki, hökumət yaxın həftələrdə beşillik layihəni hazırlamalıdır.

Diaspora