Batumidə yerli müsəlman icmasının müftisi üçün yeni iqamətgah və mədrəsə tikiləcək.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
Baş nazir Batumidə yeni istifadəyə verilən “Kolizey” mehmanxanasının açılışında iştirak edib, müfti üçün tikilən iqamətgahda və mədrəsədə inşaat işlərinin gedişi ilə tanış olub.
İ.Qaribaşvili deyib ki, dini icmalar üçün iqamətgah və ibadət yerləri hökumətimizin təşəbbüsü ilə tikilir. Bundan əvvəl yerli müsəlmanlara, digər etnik azlıqlara kifayət qədər diqqət yetirilmirdi. Bidzina İvanişvilinin hakimiyyətdə olduğu qısa müddətdə dini işlər üzrə Dövlət Agentliyi yaradıldı. Biz həmin təşəbbüsü inkişaf etdirməklə ölkəmizdəki dini icmalara diqqət və qayğı göstəririk. Bu, bizim siyasətimizin əsasını təşkil edir.
“İnanırıq ki, Batumidə inşa olunan iqamətgah və mədrəsə müsəlmanlar üçün çox gözəl və nümunəvi mərkəz olacaq”, - deyə İrakli Qaribaşvili əlavə edib.