Putinin verdiyi general-leytenant rütbəsi Kadırova belə təqdim olundu - VİDEO

Putinin verdiyi general-leytenant rütbəsi Kadırova belə təqdim olundu -  VİDEO backend

Vladimir Putinin əmri ilə Kadırova general-leytenant rütbəsi verilib.

Qaynarinfo xəbər verir ki, Kadırovun mükafat aldığı görüntülər sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi başlayandan Rusiya ordusuna dəstəyini əsirgəməyən və Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramzan Kadırov işğalın ilk günlərində bölgəyə minlərlə çeçen döyüşçüsü göndərib. 

Kadırov ötən həftə Mariupoldakı əsgərlərinin görüntülərini də paylaşıb və 14 yaşlı oğlu ilə Ukraynada olduqlarını açıqlayıb. O, burada öz əsgərləri ilə şəkil çəkdirib. 

Fotolarda Rusiya bayrağı ilə yanaşı, Kadırovun şəkli olan bayraqlar da görünüb.

Diaspora