Ukrayna MDB-nin axtarış sistemi bazasından çıxır

Ukrayna MDB-nin axtarış sistemi bazasından çıxır backend

Ukrayna hökuməti ölkənin MDB axtarış sistemi bazasından çıxdığını bəyan edib.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib. O deyib ki, qərar avqustun 24-də qüvvəyə minəcək: “Ayın 24-dən biz MDB ölkələrinin axtarış bazası deyilən sistemdən çıxırıq. Ona görə ki, Moskva bizim prosessual tələblərimizi yerinə yetirmir. Bizim İnterpolun məlumat bazasına bağlanmağımız onu göstərir ki, biz cinayətkarların beynəlxalq axtarış sisteminin tərkib hissəsinə çevrilirik”.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi bu ilin yanvarından axtarışda olan şəxslər barədə məlumatları MDB-nin axtarış bazasına yerləşdirməkdən imtina edib və Rusiya Daxili İşlər Nazirliyinin müvafiq sorğularına reaksiyanı dayandırıb.
Diaspora