ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının tədarükü ilə bağlı müqaviləni dəstəkləyib.
Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin ABŞ Konqressinə ünvanlanmış məktubunda deyilir.
Qeyd olunur ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malik ölkə kimi Alyansdakı müttəfiqləri ilə birlikdə hərəkət edir. Bildirilir ki, ABŞ rəsmi Ankara ilə müdafiə sahəsində əməkdaşlığa müsbət yanaşır ki, bu da NATO-nun maraqlarına cavab verir.
Bundan əvvəl, martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefon danışığında ən qısa zamanda 40 ədəd F-16 təyyarəsinin satışını və Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan bu modifikasiyalı təyyarələrin modernləşdirilməsini nəzərdən keçirməyi təklif edib.