Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırıldı 19:58 07.04.2022 Dünya Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb. “Report” xəbər verir ki, bu barədə BMT Baş Assambleyası qətnamə qəbul edib. Məlumata görə, 93 ölkə qətnamənin lehinə, 24 ölkə isə sənədin əleyhinə səs verib. 58 ölkə bitərəf qalıb.