Bir neçə gündür ki, sosial şəbəkələrdə Mariupolda guya Ukrayna Hərbi Dəniz Qüvvələrin 260 dəniz piyadasının Rusiya Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyü ilə bağlı məlumatlar paylaşılır.
Bununla bağlı Ukraynanın ölkəmizdəki səfirliyindən Qaziler.az-a bildirilib ki, bu məlumat təsdiq olunmayıb.
"Bu, Rusiya tərəfindən yalançı görüntü yaratmaq məqsədi daşıyır. Digər tərəfdən, əgər deyildiyi kimi onlar Ukrayna Hərbi Dəniz Qüvvələrinin əsgərləridirsə dənizçi geyimində olmalıydılar. Lakin göründüyü kimi "hərbçilər" necə gəldi geyiniblər. Digər bir tərəfdən dənizçilər sağlam insanlardı. Halbuki yayılan görüntülərdəki insanlar haqqında bunu demək olmaz".
Xatırladaq ki, ilk olaraq Rusiya mətbuatında, daha sonra sosial şəbəkələrdə Ukrayna Hərbi Dəniz Qüvvələrinin 267 dəniz piyadasının Mariupolda Rusiya hərbçilərinə təslim olduğu ilə bağlı görüntülər yayılıb. Onların 503-cü taborun hərbçiləri olduğu qeyd olunur.