Şarl Mişeldən rusiyalı hərbçilərə çağırış: "Bu, dəyərli ideyadır..."

Şarl Mişeldən rusiyalı hərbçilərə çağırış: "Bu, dəyərli ideyadır..." backend

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukraynada müharibəyə qatılan rus əsgərlərinə çağırış edib.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, Avropa Parlamentində çıxış edən Şarl Mişel deyib ki, Rusiyanın hərbi rəhbərliyinin tapşırıqlarını icra etməyən hərbçilərə sığınacaq verilə bilər.

“Mənim bu müharibədə iştirak edən rus əsgərlərinə mesajım var: Əgər siz ukraynalı bacı və qardaşlarınızın öldürülməsində iştirak etmək istəmirsinizsə, əgər siz cinayətkar olmaq istəmirsinizsə, o zaman silahlarınızı atın, savaşmağı dayandırın və döyüş meydanını tərk edin. Üzv ölkələrdən bəzi rəsmilər təklif edir ki, Rusiya hərbi qüvvələrinin tapşırıqlarını icra etməyənlərə sığınacaq verək. Düşünürəm ki, bu, dəyərli ideyadır və reallaşdırılmalıdır”, - Şarl Mişel vurğulayıb.

Aİ Şurasının prezidenti qeyd edib ki, Rusiya qüvvələrinin Ukraynada mülki əhaliyə qarşı qəddarlığının limiti yoxdur.

Şarl Mişel Rusiyanı müharibə cinayəti törətməkdə ittiham edib: “Biz bu reallığı görürük, bütün bunları törədənlər məsuliyyətə cəlb olunmalı və ağır nəticələrlə üzləşməlidir”.

Diaspora