Rusiya diplomatlarının ölkədən çıxarılması təşəbbüsü bütün dünyaya yayılır.
Qaziler.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Latviya Rusiyanın ölkədəki 2 konsulluğunu bağlayacaq.
Bu barədə Latviyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bundan başqa, Rusiyanın 13 diplomatı Latviyadan çıxarılacaq.
Digər Baltikyanı ölkə Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiyanın 14 diplomatı persona non qrata elan ediləcək. Bundan başqa, Rusiyanın ölkədəki 2 konsulluğu bağlanacaq.
Daha sonra İspaniya da Rusiyanın 25 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edib.
İsveç isə Rusiyanın 3 diplomatını persona non-qrata elan edəcək.
İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın 30 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, rəsmi Romanın addımına cavab olaraq müvafiq tədbirlər görüləcək.
Danimarka hökuməti Rusiyanın 15 diplomatını persona non qrata elan edib. Bu barədə Danimarkanın Xarici İşlər Nazirliyi yaydığı mlumatda bildirib ki, bu, tarixi addımdır: “Biz bunu bir çox Avropa ölkələri ilə birlikdə edirik. Çünki təhlükəsizliyimizi təmin etmək istəyirik”.
İtaliyanın “Corriere della Sera” qəzeti isə diplomatik mənbələrə istinadən yazır ki, rəsmi Roma Rusiyanın onlarla diplomatını ölkədən çıxarmaq niyyətindədir. Məlumata görə, həmin diplomatlaırn siyahısı hazırdır.
Bununla da gün ərzində altı Avropa ölkəsindən çıxarılan Rusiya diplomatlarının sayı 100-ə çatıb.