İtalyanın “Alitalia” hava yolları şirkətinin Roma-Milan istiqamətində uçuş həyata keçirən “Airbus A319” təyyarəsi səmaya qalxdıqdan qısa müddət sonra dolu fırtınasına düşüb.
AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, içərisindəki 111 sərnişin ilə Romanın “Fiumicino” hava limanından Milandakı “Linate” hava limanına uçuş həyata keçirən təyyarə dolu fırtınasına düşdükdən sonra zədələnib və Napolidəki hava limanına təcili eniş edib.Təyyarənin Napolidə problemsiz eniş etdiyi və sərnişinlərin başqa təyyarə ilə Milana göndəriləcəyi bildirilib.