Rusiya səfiri Fransa XİN-ə çağırılıb

Rusiya səfiri Fransa XİN-ə çağırılıb backend

Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Report xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Bildirilib ki, aprelin 4-də Fransa XİN Rusiyanın bir qrup diplomatını ölkədən çıxarmaq niyyətində olduğunu açıqlamışdı.

Məlumata görə, Rusiyanın Fransadakı səfirliyinin 35 əməkdaşının ölkədən çıxarılacağı gözlənilir. Rusiya XİN Fransaya uyğun cavab veriləcəyini elan edib.

Diaspora