“Rus nasistləri xalqı məhv etmək üçün Ukraynaya müharibə elan ediblər”.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyindən daxil olan məlumatda qeyd edilib.
“Belə ki, Rusiyanın dövlət xəbər agentliyi “RİA Novosti”də 4 aprel 2022-ci il tarixində “Rusiya Ukrayna ilə nə etməlidir” başlıqlı materiallar dərc edilib. Ukraynanın doğuşdan yetkinliyə qədər "denazifikasiyası" proqramı bir nəsil üçün nəzərdə tutulub və plana görə, hətta Ukraynanın yaddaşı da əbədi olaraq məhv edilməlidir.
Məqalə bilavasitə əlində silahla Ukraynanı müdafiə edənlərin, bütün siyasi və qeyri-Rusiya yönümlü mədəni elitanın fiziki məhv edilməsinə, eləcə də total siyasi və iqtisadi repressiyaya, Ukrayna və Avropa ilə bağlı hər şeyə qadağa qoyulmasına çağırır”, - deyə məlumatda bildirilib.