Aprelin 3-də Rusiya ordusu Nikolaev şəhərinə raket zərbələri endiriblər.
Bu barədə Nikolaev şəhərinin meri Aleksandr Senkeviç Telegram kanalında məlumat yayıb.
O yazıb ki, şəhərə bir neçə raket zərbəsi olub: “Biz indi məlumat toplayırıq”.
Və vətəndaşları rəsmi mənbələrdən əvvəl foto və videoları dərc etməməyə çağırıb.
Qeyd edək ki, aprelin 3-də səhər saatlarında Rusiya ordusunun Odessaya havadan hücum etməsi barədə də məlumat yayılıb. Məlumata görə, şəhərdə yanğınlar başlayıb. Şəhərdə bir neçə partlayış səsi eşidilib. Raketlərin bir hissəsi hava hücumundan müdafiə vasitələri ilə vurulub. Bəzi ərazilərdə yanğınlar qeydə alınıb.
APA