Taliban xaşxaşın becərilməsini qadağan etdi

Taliban xaşxaşın becərilməsini qadağan etdi backend

Taliban hökuməti Əfqanıstanda xaşxaş becərilməsini qadağan edib və qanunu pozanlara “şəriət qanunlarına uyğun” tədbirlər görüləcək.

APA bildirir ki, bu barədə Taliban hərəkatın sözçüsü Bilal Kərimi bəyanat yayıb:

“Əfqanıstan İslam Əmirliyinin Ali Rəhbərinin fərmanı ilə biz bütün əfqanların nəzərinə çatdırırıq ki, bundan sonra bütün ölkə ərazisində xaşxaş əkilməsi qəti şəkildə qadağandır”.

Bəyanatda o da deyilir ki, qanunu pozanların əkinləri məhv ediləcək və onlar özləri də “şəriət qanunlarına uyğun olaraq” cəzalandırılacaqlar.

Bundan əlavə, spirtli içkilərin, eləcə də bütün növ narkotik vasitələrin istehlakı, daşınması, ticarəti, ixracı və idxalı qadağandır.

“Bu fərmanın icrası məcburidir. Qanunu pozanlar məhkəmə orqanları tərəfindən məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar”, - deyə məlumatda bildirilir.

 

Diaspora