Bu gün Kiyevdən çıxarılan rus əsgərləri ən azı on üç mülki vətəndaşın cəsədini minalanaraq magistral yolda atıblar.
Bizimyol.info "dailymail"ə istinadən xəbər verir ki, bu, martın əvvəlində dünyanı şoka salan videoda rus əsgərlərinin cütlüyün edam edərək lentə aldığı yolun eyni hissəsidir.
Qərb jurnalistləri Ukrayna qoşunlarının Kiyev yaxınlığında irəliləyişini təqib etdicə, Putin əsgərlərinin törətdiyi hərbi cinayətlərə dair daha çox dəlillərə qarşılaşırlar: Burada şəhərin meri son bir ayda 300 mülki şəxsin öldürüldüyünü iddia edib.
Cümə günü İrpindən çəkilmiş fotoşəkillərdə əsgərlərin dağıdılmış yolda cəsəd çantaları daşıdığı görünür. İndi Ukrayna qüvvələri Rusiyanı bölgədən sıxışdırıb çıxardığı üçün ölüləri toplamağa başlamaq mümkün olub. Şəhərdəki dağıntıların əsl miqyası yalnız indi müəyyənləşdirilə biləcək.
Ukraynadakı antikorrupsiya qrupunun üzvü Olena Qaluşkanın sözlərinə görə, cəsədlərin bir hissəsi geri çəkilməzdən əvvəl Rusiya hərbçiləri tərəfindən xilasedicilər üçün məkrli tələlər quraraq minalanıb.
Ukrayna qüvvələrinin bu yaxınlarda azad etdiyi İrpin şəhərinin meri bu həftə Rusiyanın işğalı zamanı 300-ə qədər mülki vətəndaşla yanaşı 50 özünü müdafiə qrupunu üzvlərinin öldürüldüyünü bildirib. O əlavə edib ki, şəhərin binalarının 50 faizinə qədəri və mühüm infrastrukturu dağıdılıb.
Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya hücuma başlayana qədər İrpenin təxminən 60.000 əhalisi var idi. Mer Aleksandr Markuşin bildirib ki, şəhərdə 3500-ə yaxın adam qalıb və hakimiyyət hələ də zirzəmilərdə gizlənən insanları axtarır.
O, şəhər sakinlərinə xahişlə müraciət edib ki, hələ evlərinə qayıtmağa tələsməsinlər. Çünki şəhər hələ də rus artilleriyasının atəşi altındadır.
Yaxınlıqda BBC-nin yerində araşdırması qərbdən Kiyevə aparan E-40 avtomobil yolunun 200-cü klometrlik hissəsində və İrpindən təxminən 8 mil cənubda səpələnmiş xeyli cəsəd tapıb.
Maksim İovenko, həyat yoldaşı Ksena və altı yaşlı oğlu 10 maşından ibarət karvanla yolda gedərkən Rusiya ordusu tərəfindən atəşə tutulub.
Martın 7-də çəkilmiş ürəkağrıdan kadrlarda Maksimin maşını saxlayıb əllərini yuxarı qaldıraraq çıxdığı görünür. Təslim olmanın aşkar əlamətlərinə baxmayaraq, yol boyu ağacların kol-kosunda gizlənən rus qoşunları onu güllələdilər. Onun həyat yoldaşı da hücumda dünyasını dəyişib.