Misirin paytaxtında güclü partlayış baş verib. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 23 nəfər həyatını itirib. Partlayış Qahirənin polisin daim nəzarət etdiyi Şubra-əl-Xeyma səmtində törədilib. Partlayıcı qurğu polis məntəqəsinin yanında işə salınıb. Asayiş keşikçilərindən ölən yoxdur, həyatını itirənlər terror aktı vaxt ətrafdan keçən sakinlərdir.
"Kimliyi məlum olmayan şəxs avtomobilini məntəqənin yanında saxlayıb və partlayış törədib. Onun meyiti maşında aşkar edilməyib, terrorçu hadisə yerini tərk edib" deyə bildirilib.
Bundan əlavə ötən gün Misir paytaxtında daha üç partlayış törədilib.