Rusiya Ukraynanı beynəlxalq səviyyədə gözdən salmaq cəhdlərindən əl çəkmir.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat Ukraynanın informasiya mənbələrində yer alıb.
Rusiyanın informasiya platformasında, həmçinin qondarma rus diasporu vasitəsilə bir müddətdir kimsəsiz uşaqların, insan orqanlarının donorları kimi Polşa və Türkiyə vasitəsilə Ukraynadan çıxarıldığı barədə şayiələr dolaşır. Bu saxta məlumat informasiya mühitində kök saldıqdan sonra rəsmi müstəviyə gətirilməyə başlanıb.
Hazırda Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovanın adından məsələ ilə bağlı Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoça məktub yazıldığı bildirilib.
“Görünür ruslar bu yolla beynəlxalq ictimaiyyətin diqqətini uşaqların müvəqqəti işğal olunmuş ərazilərdən, xüsusən də Mariupoldan zorla çıxarılmasından yayındırmaq istəyirlər”, - deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, 2014-2015-ci illər ərzində Donbassın müvəqqəti işğal olunmuş ərazilərindən itkin düşən kimsəsizlərin çıxarılmasını məhz Rusiya təşkil edib: “Əldə edilən məlumata görə, Yelizaveta Qlinkanın nəzarəti altında onlardan orqan bağışlanmasında istifadə edilib. Oxşar funksiyaları o, Suriyada da yerinə yetirib. Həmin fəaliyyətinə görə isə, 8 dekabr 2016-cı ildə o, şəxsən Vladimir Putinin əli ilə insan hüquqlarının müdafiəsi sahəsindəki nailiyyətlərinə görə dövlət mükafatına layiq görülüb”.
Mənbə: df.news / Qaziler.az