Rusiya Ukraynanı və onun müttəfiqlərini kapitulyasiyaya məcbur edir.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ, Fransa, Almaniya və İtaliya liderləri ilə telefon danışığında deyib.
“Putin Ukraynanı və onun müttəfiqlərini təslim olmağa məcbur etmək üçün bıçağı Ukraynanın açıq yarasına saplayır. Baş nazir həmkarları ilə söhbətində vurğuladı ki, biz cavabımızda amansız olmalıyıq", - deyə Consonun mətbuat xidmətinin məlumatında deyilir.