Rusiya qanunvericiliyində “xaricdəki soydaşlar” anlayışına yeni dəyişiklik təklif olunur.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, “soydaş” ifadəsi rus dilini Rusiya Federasiyasının dövlət kimi bilən, Rusiya ərazisində tarixən yaşayan xalqlar kateqoriyasına daxil olan və əcdadları Rusiya Federasiyasının ərazisində doğulmuş, yaxud yaşamış şəxslərə şamil olunacaq.
Yeni redaktədə “soydaş” anlayışı ilə SSRİ vətəndaşlığı olan şəxslər arasındakı əlaqə hissəsi çıxarılıb.
Qanun layihəsinin müəllifi Dumanın MDB işləri və soydaşlarla əlaqə komitəsinin sədr müavini Konstantin Zatulindir.