Bu ölkədə “Z” simvolundan istifadə cinayət sayılacaq

Bu ölkədə “Z” simvolundan istifadə cinayət sayılacaq backend

Almaniyada “Z” simvolundan istifadə cinayət sayıla bilər.

“Haber Global” xəbər verir ki, bu barədə federal hökumətin Daxili İşlər Nazirliyinin sözçüsü Marek Vede bildirib.

“Almaniyada “Z” hərfindən Rusiyanın Ukraynadakı müharibəsinə dəstək simvolu kimi istifadə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilər”, - sözçü qeyd edib.

Qeyd edək ki, “Z” hərfi Rusiyanın başlatdığı müharibəyə dəstək simvoluna çevrilib. Bu nişanı ölkənin küçələrində, nəqliyyat vasitələrində, dayanacaqlarda, siyasətçilərin paltarlarında görmək olar.

Diaspora