“Rusiyalı oliqarxlar Türkiyəyə gələ bilər” - Çavuşoğlu

“Rusiyalı oliqarxlar Türkiyəyə gələ bilər” -  Çavuşoğlu backend

Türkiyə Qərb ölkələrinin Rusiya və oliqarxlarına qarşı sanksiyalarına qatılmayıb, biz sadəcə BMT çərçivəsində tətbiq olunan sanksiyalara riayət edirik.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rusiya oliqarxları Türkiyəyə gələ bilir sualı veririksə,…təbii ki, Rusiya vətəndaşları Türkiyəyə gələ bilər, indi də Türkiyədə rus turistləri var, Ukraynadan gələnlər də var. Ukraynadan gələnlərin sayı hazırda 60 mini keçib. Bu (Rusiyadan – red.) oliqarxlar gəlib burada bir iş qura bilər mi? Əgər qanunidirsə, beynəlxalq hüquqa zidd deyilsə, əlbəttə qura bilərlər”,- deyə nazir qeyd edib.

Diaspora