Terrorçuların kəndə hücumu: 160 ÖLÜ

Terrorçuların kəndə hücumu: 160 ÖLÜ backend

Nigeriyada silahlıların kəndə hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb Nigeriyanın Yobe ştatında “Boko Haram” terror qruplaşmasının silahlılarının Kukuva-Qari kəndinə hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti hücum zamanı qaçaraq çayı üzüb keçməyə çalışarkən boğulub, qalanları isə terrorçular tərəfindən qətlə yetirilib.

Müşahidəçilərin bildirdiyinə görə, Kukuva-Qari kəndinə hücum “Boko Haram” qruplaşmasının son aylar ərzində törətdiyi ən qanlısı olub. Ölənlərin sayının artacağı istisna olunmur.
Diaspora