İstanbul Boğazı mina təhlükəsinə görə bağlanıb - VİDEO

İstanbul Boğazı mina təhlükəsinə görə bağlanıb -  VİDEO backend

İstanbul Boğazı gəmilərin hər iki istiqamətə hərəkəti üçün bağlanıb.

APA NTV-yə istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidməti minaya bənzər obyektin zərərsizləşdirilməsi işləri ilə bağlı ərazidə gəmilərin hərəkətini dayandırıb.

Xatırladaq ki, bu gün səhər saatlarında İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə yerinə dərhal Sualtı Müdafiə Qrupları (SAS) cəld edilib və onun zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başlanılıb.

Qeyd edək ki, Ukraynanın Odessa limanın ətrafı minalanıb. Son günlər həmin minalardan bir neçəsinin güclü axıntılar səbəbindən Qara dənizdə sürükləndiyi və İstanbul boğazına da çata biləcəyi barədə xəbərdarlıqlar edilirdi.

Diaspora