ABŞ Ukraynaya ilk silah yardımını çatdırdı

ABŞ Ukraynaya ilk silah yardımını çatdırdı backend

ABŞ Ukraynaya silah yardımının ilk partiyasını çatdırıb.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.

“Bu 800 milyon dollarlıq yardıma aiddir. Bu gün regiona ilk reys yerinə yetirilib. İlk partiya yola salınıb”, - deyə Pentaqon rəsmisi dəqiqləşdirib.