KİV: "Rusiyanın hipersəsli silahının əlçatmaz olduğu barədə iddialar əsassızdır"

KİV: "Rusiyanın hipersəsli silahının əlçatmaz olduğu barədə iddialar əsassızdır" backend

Amerikalılar Rusiyanın "Kinjal" raketlərinə şübhə ilə yanaşır

 

"The Washington Post" (ABŞ): Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi hipersəsli raketləri barədə nələri bilmək lazımdır

 

"Kinjal"lar Rusiyanın ilk dəfə döyüş meydanında istifadə etdiyi hipersəsli ələkeçməz raketləridir, bunu "Washington Post" nəşri yazıb. Məqalə müəllifi bu silahın nə demək olduğunu təsvir edir və qeyd edir ki, Qərbdə bunun təhlükəsini lazımınca qiymətləndirmirlər. Lakin oxucular başqa cür düşünür.

 

Silahlar üzrə mütəxəssislər, habelə ABŞ və Böyük Britaniya hökumətləri Rusiyanın hipersəsli imkanlarını və onların döyüş meydanında istifadə edilməsinin hansı əhəmiyyət kəsb etdiyini lazımınca dəyərləndirmir.

 

Bu, nə raketlərdir və onların Rusiya tərəfindən istifadə edilməsi nə deməkdir?

 

Bunları bilmək zəruridir.

 

Hipersəsli raketlər nə deməkdir?

 

Hipersəsli raketkərin uçuş sürəti səsin sürətindən ən azı 5 dəfə çoxdur.

 

İki əsas hipersəsli silah tipi mövcuddur: 

- yüksək sürətli hipersəsli hava- reaktiv mühərrikləri ilə hərəkətə gətirilən hipersəsli qanadlı raketlər;

- raketdən buraxılan, lakin öz hədəfinə uçuş zamanı manevr edən hipersəsli planlaşdırılan qanadlı bloklar- "qlayderlər".

 

"Kinjal" ("Xəncər") manevr etmək qabiliyyəti olan aviasiya ballistik raketidir, Rusiyanın "İsgəndər" operativ- taktiki  raket kompleksinin modifikasiya edilmiş versiyasıdır.

"İsgəndər" raketi artıq bir neçə dəfə xüsusi əməliyyat zamanı istifadə edilib, lakin o, yerdən buraxılır", bunu Vaşinqtonun strateji və beynəlxalq araşdırmalar analitik Mərkəzinin baş elmi əməkdaşı və raketdənmüdafiə layihəsinin (Missile Defense Project) rəhbəri Tom Karako deyib.

 

Onun sözlərinə görə, başqa tip raketlər atmosferə hipersəsli sürətlərlə daxil olur.

 

"Hipersəs" deyəndə insanlar "uzun müddət ərzində hipersəsli sürətini saxlamaq qabiliyyəti olan" silahı nəzərdə tutur, o, qeyd edib.

 

"İsgəndər" və "Kinjal" raketləri aşağı trayektoriyalarda hərəkət edə bilir və yüksək manevr etmək qabiliyyətinə malikdir.

 

Ona görə də raketin hərəkət istiqamətini, onun güman edilən hədəfini və trayektoriyasını müəyyən etmək çətindir, bu da, ekspertin sözlərinə görə, "müdafiəni həyata keçirməyi mürəkkəbləşdirir".

 

"Kinjal" hipersəsli raketin fərqi nədədir?

 

"Kinjal" raketinin uçuş sürəti səsin sürətindən 10 dəfə artıq sürətə qalxa bilər. ABŞ kəşfyyatının məlumatlarına görə, Rusiya 2018- ci ildə modifikasiya edimiş "MiQ-31" qırıcısından buraxılan bu raketi sınaqdan keçirib. O, 800 km məsafədə olan hədəfə çatıb.

 

"Kinjal" raketi nüvə başlığı ilə təchiz edilə bilər, yerüstü və dəniz hədəflərini məhv edə bilər. ABŞ Konqresinin Tədqiqatlar xidmətinin (CRS) məruzəsində xəbərdarlıq edilib ki, silahın texniki xüsusiyyətləri barədə məlumat ABŞ kəşfiyyatı tərəfindən yoxlanılmayıb və analitiklər skeptik əhval- ruhiyyədədir. Güman edilir ki, bu raketlər müasir müdafiə sistemlərindən yan keçə bilər.

 

"Bu raketləri vurmaq olmaz, onlardan qorunmaq olmaz kimi fikirlər böyük yanlışlıqdır, - Karako deyib. -  Nəhayət ki, bunlar, sadəcə, raketlərdir".

 

Hansı ölkələrdə hipersəsli raketlər var?

 

Hipersəsli silahın ən qabaqcıl proqramları Rusiyada, Çində və ABŞ- da var, lakin CRS- in məruzəsinə görə, bu silahın işlənib hazırlanması başqa ölkələrdə də, o cümlədən Yaponiya, Almaniya, Hindistan və Avstraliyada həyata keçirilir.

 

Rusiya hipersəsli silahı 1980- ci illərdən işləyib hazırlayır, lakin bu işi ABŞ-   ın 2002- ci ildə HHM haqqında Müqavilədən çıxmasına və ABŞ ərazisində və Avropada Amerikanın müdafiə raketlərini yerləşdirməsinə cavab olaraq aktivləşdirib, SRS- in məruzəsində deyilir. "Kinjal"dan əlavə, Rusiya iki digər 3M22 "Sirkon" və "Avanqard" hipersəsli silahın proqramları üzərində işləyir.

 

ABŞ- da hipersəsli silah sahəsində tədqiqatları 2000- ci ildən aparılır və bunlar Hərbi Dəniz Qüvvələrinin "Ani zərbənin endirilməsinin adi vasitələri", habelə gerçəkləşməsi Hərbi- Hava Qüvvələrinə həvalə edilən digər proqramlar çərçivəsində işlənib hazırlanır.

Diaspora